Hazırda ölkə ərazisində qızılcaya yoluxma sayında artım müşahidə olunur.
Bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.
TƏBİB rəsmisi bildirib ki, artıma səbəb COVID-19 pandemiyası zamanı uşaqların peyvənddən kənar qalmasıdır.
O qeyd edib ki, virus xəstəliklərindən qorunmağın ən effektiv yolu peyvəndlənmədir:
“Koronavirus pandemiyasını da buna misal çəkmək olar. Peyvənd olunan şəxslər virusa yoluxsa da, bunu yüngül keçirə bilər. Qızılca peyvəndinə əks-göstəriş olan hallar da var”.
www.102info.az