“Hazırda 3,5 milyon müştərimiz var və biz onların ekosistemin bir parçası olmalarını istəyirik”.
Oxu.Az xəbər verir ki, bunu “PASHA Holding”in baş icraçı direktorunun müavini Fərid Məmmədov Bakıda keçirilən “Inmerge” İnnovasiya Sammitinin ikinci günündə “Ağıllı ekosistemlərin gələcəyi: Problemsiz təcrübələr üçün texnologiyanın inteqrasiya edilməsi” adlı paneldə deyib.
F.Məmmədov bildirib ki, qarşıda duran əsas məqsəd müştərilərin ehtiyaclarını tam təmin etməkdir:
“Biz bazara daxil olarkən dayanıqlı biznes yaratmaq istəyirdik. Lakin buna çox sərmayə lazım olduğunu düşündük və yanaşmamızı dəyişdik, ekosistemin inkişafına istiqamətlənən fəaliyyət göstərməyə qərar verdik.
Bu zaman bazardakı digər oyunçuların bizə təsiri barədə düşünmürdük. Məqsədimiz insanları cəlb etmək idi və buna da nail olduq. Ekosistemin formalaşdırılmasının başlanğıcında olsaq da, geniş bir bazar yaratdıq”.
Könül Cəfərli
www.102info.az