Bakı şəhərində fəaliyyət göstərən məktəblərin bəzilərində şagirdlərin və işçilərin hərarəti ölçülüb.
Oxu.Az-ın məlumatına görə, məktəblərə daxil olan hər bir şəxsin temperaturunun ölçülməsinə səbəb son günlər uşaqlar arasında yayılan qızılca xəstəliyidir.
Qeyd edək ki, bir neçə gün əvvəl Kürdəmirdə, Bakıda və bu gün Sabirabadda uşaqlar qızılcadan vəfat ediblər.
Xatırladaq ki, ötən gün elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi brifinqdə hazırda üç şagirddə qızılca xəstəliyinin olması barədə məlumatın olduğunu bildirmişdi.
Nazir əlavə edib ki, növbəti günlərdə təhlillər aparıldıqca təhlükəli yerlər yaranarsa, sinfin, məktəbin müəyyən müddətlik distant təhsilə keçirilməsi qərarı verilə bilər.
İlhamə Əbülfət
www.102info.az