Tovuzda yaşlı qadın dəm qazından ölüb

Cəmiyyət


Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə Tovuz şəhərin Əhməd Cavad küçəsində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Rahilə Dəmirova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az