Sumqayıtda 72 yaşlı qadın qəzada ölüb

Cəmiyyət


Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeyd alınıb.

Belə ki, QAZ-31 markalı avtomobil yolu keçmək istəyən piyada, 1951-ci il təvəllüdlü Minayə Bəhməndər qızı Hümbətovanı vurub.

Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir