“Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusunda konfrans keçirilir

Cəmiyyət


Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusuna həsr olunmuş konfrans keçirilir.

Oxu.Az xəbər verir ki, konfransın keçirilməsində məqsəd Azərbaycanda şərab turizminin inkişafı üçün mövcud olan imkanlar haqqında fikir mübadiləsi aparmaq və bu sahədə baş verən son yenilikləri bölüşməkdir.

Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmit ölkəmizdə şərab turizminin inkişafı üçün böyük potensialın olduğunu və Azərbaycanın şərabçılıq ənənələrinin və məhsullarının beynəlxalq turizm sərgilərində nümayiş etdirildiyini bildirib.

Tədbirdə Qlobal Şərab Turizmi Təşkilatının (GWTO) prezidenti Xose Antonio Vidal və təşkilatın Avrasiya regionu üzrə vitse-prezidenti Leonid Gelibterman iştirak edirlər.

Həmçinin konfrans çərçivəsində Azərbaycanda ilk olaraq Şəki Şərab Zavodunun Qlobal Şərab Turizmi Təşkilatına (GWTO) üzv olması haqqında rəsmi sertifikatın təntənəli təqdimatı olub.

Bu, zavodun ölkəmizdə şərab turizmi potensialının inkişafına verdiyi töhfəni təsdiqləyir. Beynəlxalq assosiasiyada üzvlük təcrübə mübadiləsi, tədbirlərin keçirilməsi və GWTO-nun digər iştirakçıları ilə tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün imkanlar yaradacaq.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir