“Məmnuniyyətlə bildirmək istəyirəm ki, bu gün Qlobal Şərab Turizmi Təşkilatının (GWTO) xəritəsində ekspertləri və şərab mədəniyyətinin pərəstişkarlarını cəlb edəcək daha bir yer var – Azərbaycan”.
Oxu.Az xəbər verir ki, bu fikirləri GWTO-nun prezidenti Xose Antonio Vidal Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə “Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusuna həsr olunmuş konfransda çıxışı zamanı deyib.
O bildirib ki, bölgənin zəngin tarixi, yerli torpaq ərazilərinin xüsusiyyəti və burada istehsal olunan şərabların orijinallığı bütün dünyadan turistlərin cəlb edilməsini dəstəkləyəcək:
“İqtisadi inkişafa töhfə verəcək və ölkənin turizm potensialının daha da artırılmasına kömək edəcək uğurun tərkib hissəsidir”.
Könül Cəfərli
www.102info.az