Ağsu rayonunda 17 yaşlı gənc dəm qazından zəhərlənib.
“Unikal” xəbər verir ki, hadisə rayonun Natəvan küçəsində baş verib. Belə ki, həmin ünvanda yaşayan 2006-cı il təvəllüdlü Ceyhun Ədil oğlu Yahyayev evin vanna otağında dəm qazından zəhərlənib.
C.Yahyayev dərhal Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
www.102info.az