Bakıda üç küçənin kəsişmələrində ikitərəfli hərəkət təşkil edilib

Cəmiyyət


Bakının Səməd Vurğun küçəsinin Şəmsi Bədəlbəyli və Füzuli küçələri ilə kəsişmələrində ikitərəfli hərəkət təşkil edilib.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentli məlumat yayıb.

Qeyd olunub ki, həyata keçirilən işlər çərçivəsində geriyə dönmə yerinin ölçülərini dəyişməklə Füzuli küçəsində yalnız sola hərəkətə icazə verən zolaqda düzünə və sola hərəkət təmin edilib, piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə panduslar inşa olunub, ərazidə müvafiq nişanlar quraşdırılıb və nişanlanma xətləri çəkilib.

Görülən işlər Şəmsi Bədəlbəyli küçəsindən Səməd Vurğun küçəsinə şimal istiqamətində birbaşa çıxış imkanı yaradıb. Bununla da kəsişmədə münaqişə nöqtələri minimuma endirilib, Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin nəqliyyat yükü azalıb, yollarda təhlükəsizlik səviyyəsi yaxşılaşdırılıb.

İnfrastruktur layihəsi nəticəsində Füzuli küçəsinin hərəkəti buraxma qabiliyyətinin 30%-ə qədər artacağı gözlənilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir