Emin Əmrullayevdən şagirdlərin qızılcaya yoluxması ilə bağlı AÇIQLAMA

Cəmiyyət


“Qızılca xəstəliyi ilə bağlı mütəmadi olaraq aidiyyəti qurumlarla işləyirik. İstədiyimiz odur ki, xəstəlik tədris prosesinə ciddi təsir göstərməsin”.

Oxu.Az-ın bunu jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, qızılca xəstəliyinə yoluxanların sayı ayrı-ayrı məktəblərdə tək-təkdir:

“Başa düşməliyik ki, indiki vəziyyət valideynlərin səkkiz-doqquz il əvvəl verdiyi qərara görədir. Xəstəliyin artımı müəyyən müddətdə izlənilməlidir. Hazırda alınan rəqəmlərə görə, bu halla bağlı böyük epidemiya təhlükəsi görmürük”.

O, valideynlərə çağırış edib ki, övladlarına vaxtında peyvənd vurdursunlar.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir