Ödəmə qabiliyyətini itirmiş bankların əmlaklarına dair vergi güzəştinin müddəti iki il artırılır

Cəmiyyət


Ödəmə qabiliyyətini itirmiş bankların əmlaklarına dair vergi güzəştinin müddəti iki il artırılır.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilən Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna görə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ödəmə qabiliyyətini itirmiş bankların rezolyusiyası və sağlamlaşdırma tədbirləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun qərarına əsasən aldığı problemli aktivlərin (borcların) əvəzində əldə etdiyi, onun mülkiyyətində (balansında) olan və siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum ilə razılaşdırdığı əmlaka görə 2019-cu il yanvarın birindən beş il müddətinə əmlak vergisini ödəməkdən azaddır. Bu müddət gələn il yanvarın birində bitir.

Layihəyə əsasən, bununla bağlı əmlak vergisini ödəməkdən azadolma 2019-cu il yanvarın birindən etibarən yeddi il müddətinə olacaq.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir