Bu gün Bakıda “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfrans keçirilir.
Oxu.Az-ın məlumatına görə, konfransda Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev və dövlət rəsmiləri iştirak edir. Eyni zamanda, tədbirdə BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisinin rəhbəri, BMT-nin Əhali Fondunun Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru, Avropa Şurası Gender bərabərliyi şöbəsinin rəhbəri, Koreya Respublikası Parlamentinin üzvü və Parlamentin Gender bərabərliyi və Ailə Komitəsinin sədri, Almaniya Schlesviq-Holsteyn torpağı üzrə Ədliyyə və Sağlamlıq Nazirliyi Probasiya Xidmətləri Departamentinin rəhbəri, Belarus, Böyük Britaniya və ABŞ Universitetlərinin alimləri iştirak edir.
Tədbirdə “Məişət zorakılığı hallarının profilaktikası və araşdırması” ilə bağlı panel sessiyası da keçiriləcək.
İlhamə Əbülfət
www.102info.az