Gədəbəydə qəza zamanı yaralanan şəxs Bakıdakı xəstəxanada öldü

Cəmiyyət


Gədəbəy rayonunda yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxs Bakıda xəstəxanada ölüb.

“Report” xəbər verir ki, hadisə Gədəbəy rayonunun Slavyanka kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Sərxan Vahid oğlu Məmmədov yol-nəqliyyat hadisəsi nəticəsində ağır dərəcəli xəsarətlər alıb. O, Bakı şəhərində yerləşən Respublika Klinik Xəstəxanasına aparılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir