Dağa əzgil yığmağa gedən kişinin meyiti tapıldı

Cəmiyyət


Qəbələdə kişi meyiti aşkar edilib. 

Oxu.Az-ın məlumatına görə, şəhər sakini, 1958-ci il təvəllüdlü Yasər Rəmzi oğlu Həsənovun üzərində zorakılıq əlamətləri olmayan meyiti dağlıq ərazidə aşkar edilib.

Y.Həsənovun təzyiqdən dünyasını dəyişdiyi ehtimal olunur.

O, dağa əzgil yığmağa gedibmiş.

İlhamə Əbülfət

www.102info.az