“Normativ hüquqi bazanın təkmilləşdirilməsi üçün qüvvədə olan hüquqi bazanın təhlili aparılıb, aidiyyəti dövlət orqanları və qurumları ilə razılaşdırılaraq təkliflər paketi hazırlanıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar, Cinayət, Cinayət-Prosessual, Mülki məcəllələri, “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlar da daxil olmaqla 10 normativ hüquqi akta ümumilikdə 48 dəyişiklik təklif olunub.
İlhamə Əbülfət
www.102info.az