Siyəzən rayonunda qadının pişiklərə işgəncə verməsi ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis baş leytenantı Xəyal Talıbov Oxu.Az-a bildirib ki, pişiklərə işgəncə verdiyi iddia edilən Siyəzən rayon sakini Aynur Hüseynovanın barəsində protokol tərtib olunub:
“Həmin məsələ ilə bağlı Siyəzən rayon sakini Aynur Hüseynovanın barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsinə görə) maddəsilə protokol tərtib olunub və onun sağlamlıq vəziyyətilə bağlı müvafiq ekspertiza təyin edilib”.
Aytac Qasımova
www.102info.az