Məişət zorakılığında əsas məsələlərdən biri təqsirləndirilən şəxslə cəzaçəkmiş şəxsin barışmasıdır

Cəmiyyət


“Məişət zorakılığı halları ilə bağlı bizi narahat edən məsələlərdən biri də təqsirləndirilən şəxslə cəzaçəkmiş şəxsin barışmasıdır”. 

Oxu.Az-ın məlumatına görə, bunu “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda panel müzakirəsi zamanı çıxışında Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ələsgər Novruzov deyib. 

Onun sözlərinə görə, aparılan ümumiləşdirilmiş statistika nəticəsində müəyyən edilib ki, məişət zorakılığına görə təqsirləndirilən 421 nəfər barəsində cinayət işinə xitam verilib və həmin şəxslər azad ediliblər. Məhkəmə praktikasında məhz belə barışıq hallarından sonra ağır cinayət hadisələrinin olması müşahidə edilir. Analiz edəndə müəyyən edirik ki, bunun səbəbləri mentalitetdən irəli gələn məsələlərdir. 

Ailənin əsas gəlir gətirəni, başçısı kişi olur. Kişinin maddi cəhətdən üstünlüyü sonra psixi üstünlüyə, fiziki üstünlüyə, sonda zorakılığa səbəb olur. Belə hallarda bağışlanmanın əsas səbəbi kimi kişinin ailənin qazanc gətirən əsas şəxs kimi təqdim edilməsi olur. Kişinin azadlıqdan məhrum edilməsi ailənin dolanışığına mənfi təsir göstərir. Belə hallarda məhkəmələr də çətin vəziyyətdə qalır və çətin şəraitdə qərarlar qəbul etməli olur”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir