“2023-cü ilin doqquz ayında qadınlara qarşı 5 034 cinayət hadisəsi törədilib”.
Oxu.Az-ın məlumatına görə, bunu “Məişət zorakılığının qarşısının alınması: İmkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda panel müzakirəsi zamanı çıxışında Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Rafael Süleymanov bildirib.
Onun sözlərinə görə, bu ilin doqquz ayında ailə-məişət zorakılığı zəminində qadınlara qarşı törədilən cinayətlərin sayı 1 296 olub.
O, həmçinin qeyd edib ki, ailə-məişət zəminində törədilən cinayətlərin 1062-də zərərçəkmiş şəxslər qadınlar, 344-də – kişilər, 14-də – yetkinlik yaşına çatmayan şəxslər olub.
İlhamə Əbülfət
www.102info.az