“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” əsasında ümumilikdə 622 nəfər təqsirləndirilən şəxs barəsində cinayət işləri öyrənilib”.
Oxu.Az-ın məlumatına görə, bunu “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda panel müzakirəsi zamanı çıxışında Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Ələsgər Novruzov deyib.
Onun sözlərinə görə, müəyyən edilib ki, məișət zəminində cinayət törətmiş şəxslərin çoxu kişilər, bu cinayətlərdən zərərçəkmiş şəxslərin əksəriyyəti isə qadınlardır:
“Cinayət Məcəlləsinin 126, 127, 128-ci maddələri ilə təqsirləndirilən şəxslərin 585 nəfərini, yəni 94 faizini kişilər, altı faizini qadınlar təşkil edir. Bu maddələrlə törədilmiş cinayətlər üzrə 621 nəfər zərərçəkmiş şəxslərdən isə 543 nəfərini, yeni 87,4 faizini qadınlar, 13,6 faizini isə kişilər təşkil edir. Zərərçəkmiş 543 nəfər qadından 471 nəfəri, yəni 86,7 faizi ərin və yaxud keçmiş ərin zorakılığına məruz qalıb. Zərərçəkmiş qadınlardan 14 işdə ana oğul övladının, iki işdə nənə nəvəsinin, 21 işdə bacı qardaş və bacısının, 17 işdə gəlin qayınana və qayınatasının, 13 işdə isə qayınana gəlininin və ya kürəkəninin zorakılığına məruz qalıb”.
İlhamə Əbülfət
www.102info.az