Siyəzəndə pişiklərə işgəncə verdiyi iddia olunan qadının evindən insident zamanı oğurluq edilib – VİDEO

Cəmiyyət


Siyəzəndə evdən oğurluq edilib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov məlumat verib.

O bildirib  ki, Siyəzən şəhər sakini A.Hüseynova Siyəzən RPŞ-ə ərizə ilə müraciət edərək yaşadığı evdə saxladığı heyvanlarla (pişiklərlə) bağlı çəkiliş edən bir neçə nəfər xanımın onun evindən iki ədəd telefon, bir ədəd planşet, 240 manat pul, bir ədəd bank kartı və anasının şəxsiyyət vəsiqəsini oğurladığını bildirib.

Araşdırmalar zamanı Bakı şəhər sakinləri A.Əliyeva və A.Məmmədova izahatlarında evdən iki ədəd telefon, bir ədəd planşet və telefonun üzlüyünün içində olan bir ədəd bank kartını və bir ədəd şəxsiyyət vəsiqəsini götürmələrini etiraf ediblər.

Hazırda faktla bağlı Siyəzən RPŞ-də müvafiq araşdırmalar aparılır.

 

Aytac Qasımova

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir