Biləsuvarda bu ay qızılcaya qarşı nə qədər uşaq peyvənd olunub?

Cəmiyyət


Biləsuvarda bu ay 343 uşaq qızılcaya qarşı peyvənd olunub.

“Report” xəbər verir ki, dekabrın 1-dən etibarən qızılca xəstəliyinə qarşı rayon ərazisində peyvəndləşmə işləri aparılır.

Belə ki, dekabrın 1-5-i tarixlərində ümumilikdə 343 uşaq (bir və altı yaşlı) peyvənd olunub. Peyvəndləşmə prosesi rayon ərazisində davam etdirilir.

Biləsuvarda hələlik qızılcaya yoluxma hadisəsi qeydə alınmayıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir