TƏBİB: “Zəlzələ ilə bağlı təcili tibbi yardıma heç bir müraciət daxil olmayıb”

Cəmiyyət


Sosial şəbəkələrdə bu gün səhər saatlarında qeydə alınan zəlzələ səbəbindən özünü pis hiss edən vətəndaşların olduğuna dair məlumatlar paylaşılıb. 

Məsələ ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 08:16 radələrində Xəzər dənizində baş verən 5,6 maqnitudalı zəlzələ ilə bağlı son məlumata əsasən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət daxil olmayıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir