Füzulidə yeni fəaliyyətə başlayan məktəbdəki şagirdlərin sayı 500 nəfərə çata bilər.
Bu barədə “Report”un Füzuli şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında Füzuli rayonu Mirzə Uluqbəy adına 1 saylı orta məktəbin direktoru Həcər Mahmudova deyib.
Direktorun sözlərinə görə, hazırda məktəbdə 290 nəfər şagird təhsil alır:
“Füzuliyə qayıdış davam edir və düşünürük ki, bu rəqəm ilin sonuna kimi 500 nəfəri ötəcək”.
H.Mahmudova vurğulayıb ki, təhsil müəssisəsi üç aydır fəaliyyət göstərməsinə baxmayaraq, şagirdlərin sayı 300 nəfərə çatır:
“Ona görə də il sonuna qədər bu rəqəmin 500-ə çatacağını proqnozlaşdırmaq mümkündür”.
Qeyd edək ki, Füzulidə məktəb Özbəkistan dövləti tərəfindən tikilib. 2023-cü ilin avqustunda Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyev, o cümlədən hər iki ölkənin birinci xanımları Mehriban Əliyeva və Ziroatxon Mirziyoyeva məktəbin açılışında iştirak ediblər.
www.102info.az