Şərurda İran vətəndaşına məxsus TIR aşıb – FOTO

Cəmiyyət


Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda TIR aşıb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndi ərazisində qeydə alınıb.

İran vətəndaşı Fathalizadeh Omid idarəetməni itirərək 60-AA-251/60-AA-252 qeydiyyat nişanlı TIR-ı aşırıb. Qəza nəticəsində sürücü yüngül xəsarətlər alıb, yük ətrafa dağılıb.

İlkin araşdırmaya görə, sürücü yuxulu vəziyyətdə olub. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəliblər.

www.102info.az

Spread the love