Cahit Bağcı: “Azərbaycanla birgə dərman istehsalı digər sahələrə də nümunə olacaq”

Cəmiyyət


“Pirallahı Sənaye Parkında Türkiyənin və Azərbaycanın birgə yaratdığı “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsi digər sahələrə də nümunə olacaq”.

“APA-Economics” xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı müəssisənin təməlqoyma mərasimində deyib.

O qeyd edib ki, müəssisənin Azərbaycan İnvestisiya Şirkəti ilə birgə əməkdaşlığı nəticəsində yaradılması əhəmiyyətli və dəyərlidir:

“Türkiyəli investorların Azərbaycan İnvestisiya Şirkəti ilə birgə görüşlərini təşkil edirik. Şirkətlərin nümayəndələrinə Azərbaycan İnvestisiya Şirkəti ilə birlikdə investisiya yatırmalarını tövsiyə edirik”.

Qeyd edək ki, “Azərbaycan İnvestiya Şirkəti “Gen Pharma Caucasus Manufacturing Operations” MMC-də 29 faizlik paya sahibdir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir