Erməni əsirliyindən azad ediləcək Hüseyn Axundovun anası sevinc göz yaşlarını saxlaya bilmədi – VİDEO

Cəmiyyət


Oğlunun azadlığa çıxmasından xəbər tutan Hüseyn Axundovun anası sevinc göz yaşlarını saxlaya bilməyib.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Hərbçinin anası Şəlalə Axundova bildirib ki, artıq hamı ona zəng edib gözaydınlığı verir:

“Prezidentimizə təşəkkür edirəm ki, bizə bu sürprizi etdi!”

Qeyd edək ki, Zəngəzur mis-molibden zavodunda (ZMMZ) mühafizəçini qətlə yetirməkdə təqsirləndirilən və 20 il müddətinə azadlıqdan məhrum edilən hərbçi Hüseyn Axundovun cəzası qanunsuz olaraq ömürlük həbslə əvəz edilmişdi.

Ermənistan məhkəməsi iyunun 21-də H.Axundovu 20 il müddətinə azadlıqdan məhrum etmişdi.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir