Əsir Hüseyn Axundovun anasının sözləri aparıcını gözyaşına boğdu: “Halallıq istəyirdi” – VİDEO

Cəmiyyət


Azərbaycan və Ermənistan arasında hərbi qulluqçuların qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub. Razılığa əsasən, hazırda Ermənistanın əsir kimi saxladığı azərbaycanlı hərbçilər – Aqşin Bəbirovla Hüseyn Axundov azad ediləcəklər.

Oxu.Az xəbər verir ki, Hüseyn Axundovun anası Şəlalə Axundova ATV-nin “Xəbərin olsun” proqramının efirində canlı bağlantıya qoşulub.

Şəlalə Axundova oğlunun məktublarında onlardan halallıq istədiyini bildirib:

“Noyabrın 23-ü danışmışdıq, 27-si isə məktubunu almışdıq. Bəlkə də, bu xəbər onun özü üçün də sürpriz olub. Çünki Hüseyn məktubunda hamıdan halallıq istəyirdi, biz də qorxurduq. Ömürlük həbs cəzası veriləndə fikirləşdik ki, yəqin, bunu bilib, halallıq istəyib”.

Şəlalə xanımın bu açıqlamasından sonra verilişin aparıcısı Kubra Məhərrəmova gözyaşlarını saxlaya bilməyib.

Ətraflı videoda:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir