BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 28-ci sessiyası (COP28) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində öz işini davam etdirir.
Konfransın 9-cu günü “Gənclər, uşaqlar, təhsil və bacarıqlar” tematik mövzusuna həsr olunub. Bununla əlaqədar konfrans çərçivəsində fəaliyyət göstərən Azərbaycan pavilyonunda tematik mövzuya uyğun üç paralel tədbir baş tutub. Tədbirlərdə beynəlxalq təşkilatlar və dost ölkələrin nümayəndələri iştirak ediblər. Azərbaycan pavilyonunda, eyni zamanda, BMT-nin Ətraf Mühit Proqramının icraçı katibi İnger Andersonla ikitərəfli görüş keçirilib və qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub. Qeyd olunan tədbirlərdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak edib.
Yüksək texnoloji həllərlə təqdim olunan Azərbaycan pavilyonunun konsepsiyası, ölkənin “yaşıl” təşəbbüsləri qonaqlar tərəfindən yüksək qiymətləndirilib.
www.102info.az