Uşaq bağçasındakı ağaclar baxımsızlıqdan quruyur – FOTO

Cəmiyyət


Gəncə şəhərində ağaclar baxımsızlıqdan quruyur.

Oxu.Az-ın məlumatına görə, 3 nömrəli uşaq bağçasının həyətindəki ağaclar baxımsız vəziyyətdədir. 

Nəticədə yaşıllıq olan ərazinin çox hissəsi quruyub.

Ərazidə yaşayan sakinlər iddia ediblər ki, quruyan ağaclar gecə saatlarında kəsilib, çıxarılır.

İlhamə Əbülfət

www.102info.az