Şirvanda avtomobil velosipedçini vurub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərinin dəmir yolu vağzalının qarşısında baş verib. BMW markalı avtomobil velosipedlə hərəkətdə olan Şirvan sakini, 1967-ci il təvəllüdlü Qorxmaz Ağasən oğlu Quliyevi vurub.
Velosipedçi ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
www.102info.az