Şəmkir-Gədəbəy avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, 1980-ci il təvəllüdlü, Gədəbəy rayonu, Söyüdlü kənd sakini Rasim Abdullayev idarə etdiyi VAZ-2107 markalı avtomobillə 1975-ci il təvəllüdlü Aytən Məmmədovanı vurub və sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Gədəbəy Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.
www.102info.az