Anasının taksidə qoyub getdiyi uşaq körpələr evinə verildi – FOTO

Cəmiyyət


Bakıda ananın taksidə qoyub getdiyi uşaq körpələr evinə təhvil verilib.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, aparılan araşdırmalar zamanı məlum olub ki, körpənin aylar əvvəl uşaq evinə yerləşdirilməsi üçün müraciət olunub:

“Ana uşağını körpələr evinə təhvil verməyə gedərkən yolda fikrini dəyişib. Daha sonra taksiyə minib. Yenidən fikrini dəyişən ana övladını taksidə qoyaraq gedib”.

Qeyd edək ki, bir neçə gün əvvəl Bakıda ana övladını taksidə qoyaraq qaçmış, uşaq sığınacağa yerləşdirilmişdi.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir