Masallıda nənə və nəvə itkin düşüblər.
APA xəbər verir ki, Mollahəsənli kənd sakini, 1952-ci il təvəllüdlü Xanım Abuşova və nəvəsi 2008-ci il təvəllüdlü Jalə Abuşova dekabrın 11-də evdən şəxsiyyət vəsiqələrini götürərək çıxıblar və geri qayıtmayaraq itkin düşüblər.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az