Bakıda körpünün üzərində yaranmış çökmə tıxaca səbəb olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
“Əbdülvahab Salamzadə küçəsi, körpünün üzərində yolun sağ zolağında yaranan çökmə səbəbindən küçənin hər iki istiqamətində və “Qələbə” dairəsində sıxlıq yaranıb. Sürücülərdən nəzərə almaları xahiş edilir”, – deyə məlumatda qeyd olunur.
Xatırladaq ki, Əbdülvahab Salamzadə küçəsindən Ziya Bünyadov prospektinə keçid hissəsindəki yol ötürücüsündə uzunmüddətli yağıntılardan sonra çuxur yaranıb. Həmin hissədən yüksək sürətlə keçən avtomobillərin təkərlərinə ciddi ziyan dəyib.
www.102info.az