Hacıqabulda avtomobil hasara çırpılıb, ölən var

Cəmiyyət


Hacıqabulda yol-nəqliyyat hadisəsi nəticəsində sürücü ölüb.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayon mərkəzində qeydə alınıb.

Belə ki, Şirvan şəhər sakini 1965-ci il təvəllüdlü Elçin Adil oğlu Məmmədov idarə etdiyi VAZ-2115 markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib və avtomobili yolun kənarındakı hasara çırpıb.

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri almış sürücü xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir