Keçmiş arvadını baltalayan şəxs cəzasının yüngülləşdirilməsini istəyir

Cəmiyyət


Qubada keçmiş arvadını baltalamaqda təqsirləndirilən Elşən Muradovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsində keçiriləcək proses dekabrın 14-nə təyin edilib.

Şikayət hakim Rəşadət Ağayevin sədrliyi ilə araşdırılacaq.

O, cəzasının yüngülləşdirilməsini istəyir.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, bu il aprelin 25-də saat 13 radələrində Quba rayonu, Səbətlər kənd sakini Gülnar Muradovanın yaşadığı evdə xəsarətlər alması barədə Quba Rayon Prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri, 1984-cü il təvəllüdlü Elşən Muradov qeyd edilən tarixdə qayınanasına məxsus evə gələrək şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə Gülnar Muradovanın baş nahiyəsinə iki dəfə zərbə endirib. Gülnar Muradovanın yerə yıxılmasından sonra əlləri ilə onu boğmaq istəyərkən qızı Ayşən Muradovanın stəkanla Elşən Muradovun baş nahiyəsinə zərbə endirməsi səbəbindən o, cinayət əməlini başa çatdıra bilməyib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Elşən Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İttihama görə, o, arvadını qısqanclıq zəminində öldürməyə cəhd edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir