Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılmasını davam etdirir.
AYNA-dan verilən xəbərə görə, bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 123, “Biləsuvar” gömrük postunda 90, “Qırmızı körpü” gömrük postunda 1 390, “Mazımqara” gömrük postunda 32, “Samur” gömrük postunda 95 və “Xanoba” gömrük postunda 15 yük maşını var.

www.102info.az