“Məlumdur ki, günəş şüaları və isti hava şəraiti viruslara öldürücü təsir göstərir. Ona görə yayda xəstəliklərin sayı azalır”.
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova nazirliyin rəsmi “Instagram” səhifəsindəki canlı yayımda respirator viruslar haqqında danışarkən deyib.
O bildirib ki, soyuq havalara viruslar daha çox davamlı olduqlarından payız, qış fəsillərində virus və kəskin respirator xəstəliklərinin sayı artır:
“Bundan başqa soyuq hava şəraitində insanın immun sistemi zəifləyir. İmmun sistemin zəifləməsi səbəblərindən biri də qışda insanların meyvə-tərəvəzdən daha az istifadə etmələridir”.
Terapevt onu da əlavə edib ki, xəstəlikdən qorunmaq üçün gigiyena və geyim qaydalarına düzgün əməl edilməli və qidalanmaya ciddi riayət olunmalıdır.
Könül Cəfərli
www.102info.az