Agentlik sədri təcili tibbi yardımın gecikməsi məsələsi barədə DANIŞDI

Cəmiyyət


“Vətəndaşlara keyfiyyətli təcili tibbi yardım xidmətinin daha da təkmilləşdirilməsi məqsədilə daha 100 təcili tibbi yardım avtomobilinin alınması gözlənilir”.

Oxu.Az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, yeni 349 təcili tibbi yardım avtomobili artıq alınıb:

“Bu gün işlək vəziyyətdə olan və vətəndaşlara xidmət göstərən təcili tibbi yardım avtomobillərinin sayı 946-ya çatdırılıb. O ki qaldı gecikmə və digər məsələlərə, yeni təcili tibbi yardım stansiyalarının yaradılması da nəzərdə tutulur”.

Qeyd edək ki, İcbari tibbi sığortanın tətbiqindən əvvəl ambulanslara olan ehtiyacın ödənilən hissəsi 40% idisə, hazırda 64% təşkil edir. 

Könül Cəfərli 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir