“Füzuli rayonundan keçərək Şuşaya gedən Zəfər yolu turizm marşrutuna çevrilir”.
Oxu.Az-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Mədəni irs və regional turizm şöbəsinin Regional turizmin idarə edilməsi sektorunun müdiri Elgün Cavadov Ağdam rayonunda “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda keçirilən elmi-praktiki konfransda bildirib.
Onun sözlərinə görə, bununla bağlı konseptual layihə icra olunur:
“Burada əsas məqsədimiz Zəfər yolu üzərində infrastruktur yaratmaqdır. Orada turistlərin dayanma, dincəlmə müddətlərini müəyyənləşdirmək, iaşə obyektlərinin yaradılması nəzərdə tutulub”.
O qeyd edib ki, növbəti illərdə bu turizm marşrutu üzrə işlərin aparılması gözlənilir.
İlhamə Əbülfət
www.102info.az