Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 1 103 avtomobil gözləyir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata görə, bu, ötən günə nisbətən gözləyən avtomobillərin sayında 287 nəqliyyat vasitəsi azalması deməkdir.
Qurumun açıqlamasında deyilir ki, gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların məlumatlandırılması davam etdirilir. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 164, “Biləsuvar” gömrük postunda 70, “Mazımqara” gömrük postunda 27, “Samur” gömrük postunda 47 və “Xanoba” gömrük postunda 10 yük maşını var.
www.102info.az