Bəzi şəxslər avtomobili pulsuz park edə biləcəklər

Cəmiyyət


Bakı şəhərində parklanma xidməti ilə bağlı problemlər, narahatlıq doğuran məqamlar, müasir yanaşmalara uyğun gəlməyən nüanslar çoxdur.

Cari ilin iyun ayından “AzParking” xidmətinin işə başlamasına baxmayaraq, hələ də insanların bir çoxu pulsuz parklanma şərtləri, habelə bununla bağlı haraya müraciət edilməsi haqqında məlumatsızdır.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yalnız vətəndaşın qeydiyyatda olduğu ünvana yaxın 100 metr radiusda yerləşən parklanma ərazilərində avtomobillərin saxlanılmasını pulsuz edib. Lakin bu məsələdəki problemlərin bir çoxu hələ də həllini tapmayıb. Belə ki, faktiki yaşayış ünvanında yaşayan vətəndaşların bir çoxu parklanma xidmətindən istifadə edərkən tarifə uyğun olaraq pul ödəməli olur.

Xatırladaq ki, parklanma xidmətindən istifadə yalnız 15 dəqiqə ərzində pulsuzdur və parklanmanın bir saata görə ödəniş tarifi ərazilərə görə bölünür. Paytaxtın əsas bölgələrini özündə cəmləyən ərazilərdə parklanmanın bir saatı 1 manat civarında olsa da, II, III və IV ərazilərdə tariflər müvafiq olaraq 70, 40 və 30 qəpik arasında dəyişir.

Faktiki yaşayış yerində yaşayan şəxslərin parklanma problemləri ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) “1181” Çağrı Mərkəzindən Yenisabah.az-a verilən açıqlamada məsələnin həlli ilə bağlı test mərhələsinin həyata keçirildiyi bildirilib:

“Mövcud vəziyyətdə vətəndaş fərdi parklanma talonunu yalnız şəxsiyyət vəsiqəsindəki qeydiyyat ünvanına uyğun əldə edə bilər. Bunun səbəbi isə budur ki, vətəndaş fərdi parklanma talonuna şəxsiyyət vəsiqəsinin FİN kodu ilə müraciət edir və FİN kod mərkəzləşdirilmiş məlumat bazasına yerləşdirildikdə, əgər müraciət etdiyi ünvanla vəsiqədəki ünvan üst-üstə düşüb öz əksini tapmırsa, bu zaman vətəndaşın müraciətinə imtina gəlir.

Bir həftə bundan əvvəl biz test mərhələsi kimi həyata keçirdik ki, artıq vətəndaşın faktiki yaşayış ünvanına uyğun da parklanma talonu verilsin. Sadəcə, bu mərhələ özünü doğrultmadığı üçün bu prosesi dayandırmışıq. Ancaq gələcəkdə buna dair yeniliklər olacaq və vətəndaş faktiki, hətta müvəqqəti yaşayış ünvanına uyğun olaraq fərdi parklanma talonları alaraq ödənişsiz parklanmadan istifadə edə biləcək. Lakin mövcud vəziyyətdə yalnız qeydiyyat ünvanına uyğun verilir. Bununla bağlı proseslərin gələcəkdə nə zaman olacağı ilə bağlı rəsmi məlumat yoxdur.

Vətəndaşın fərdi parklanma talonu alması isə onun qeydiyyat ünvanına yaxın 100 metr radiusa uyğun hesablanır. Məsələn, vətəndaş Üzeyir Hacıbəyov küçəsində yaşayır və şəxsiyyət vəsiqəsinin FİN kodu ilə SMS müraciət edir. Əgər onun yaşadığı ünvanın 100 metr radiusunda məntəqələr varsa, onlardan bir neçə yer tam ödənişsiz şəkildə verilir ki, parklanmanı həyata keçirə bilsin”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir