“Koronavirus pandemiyası dövründə 200 gündən artıq müddətdə təhsil distant formada keçirildi və 158 mindən çox şagird məktəbə distant formada başlayıb”.
Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
O qeyd edib ki, bu dövr xalqımız üçün sınaq dövrü olub:
“Təhsil pandemiyadan əvvəl yüksələn xətlə inkişaf edirdi, amma COVID-19 dövründə bu xətt azalan istiqamətdə davam etdi. Növbəti beş ildə hədəf pandemiyadan əvvəlki təhsil sisteminə qayıtmaqdır”.
İlhamə Əbülfət
www.102info.az