Bacısına görə yeznəsini və onun qardaşını bıçaqlayan şəxslə bağlı QƏRAR

Cəmiyyət


Sumqayıt Apellyasiya Məhkəməsində qardaşları bıçaqlamaqda təqsirləndirilən Yadigar İsgəndərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Qeyd edək ki, hadisə ötən il yanvarın 4-də Sumqayıtda qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Yadigar İsgəndərov aralarında yaranan mübahisə zamanı yeznəsi, 1985-ci il təvəllüdlü Xəyal Əliyevə və onun qardaşı, 1987-ci il təvəllüdlü Tural Əliyevə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən yaralıların həyatını xilas etmək mümkün olub. Daha sonra Yadigar İsgəndərov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb. İttihama görə, hadisəyə səbəb Yadigarın bacısını yaşadıqları evə geri qaytarmaq olub. Xəyal isə buna etiraz edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb. Nəticədə o, qardaşları bıçaqlayıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir