Bakıda fəhlə iş vaxtı xəsarət alıb

Cəmiyyət


Bakıda fəhlə şirkətdə iş vaxtı başına dəmir dəyməsi nəticəsində xəsarət alıb.

APA xəbər verir ki, Zahid Cabbarov Nərimanov rayonu ərazisində “Azfence” MMC-yə məxsus sahədə yük maşınına dəmir parçaları yüklədiyi zaman yıxılıb. Bu zaman dəmir onun başına dəyərək ağır xəsarət yetirib.

Yaralı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az