İki övladı da eyni xəstəlikdən əziyyət çəkən ata: Dəstəyə ehtiyacımız var – FOTO

Cəmiyyət


5 yaşlı Hüseynin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun atası Emin Pənahov məlumat verib.

O bildirib ki, övladı artıq 4 ildir beta-talassemiya xəstəliyindən əziyyət çəkir.

“Hüseyn 9 aylıq olarkən onun talassemiya xəstəliyindən əziyyət çəkdiyini öyrəndik. Həmin gündən onun bütün müalicələrini vaxtı vaxtında etdirmişik. İnanın, nə satmağa dəyərli əşyamız nə, borc almağa adamımız qalıb. Hüseynin aylıq müalicələri 1 000-1 500 manatdan çox tutur”.

Emin Pənahov Hüseynin kiçik bacısının da eyni xəstəlikdən əziyyət çəkdiyini bildirib.

“Biz Lənkəranda yaşayırıq. Hüseynə ilik köçürülən zaman tapılma ehtimalı çox yüksək olsun deyə, ikinci övladımızı dünyaya gətirdik. Amma onda da eyni xəstəlik olduğunu öyrəndik. Hazırda iki övladıma da Talassemiya Mərkəzində qan köçürülür. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Özüm iş olduqca fəhləlik edirəm, başqa heç bir gəlir yerimiz yoxdur. İnanın, iki xəstə uşağa pul çatdırmaq bizim üçün mümkünsüzdür”.

Ailə ilə əlaqə: (055) 352-35-24.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir