Dünən axşam saatlarında Göyçay şəhər ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 49 yaşlı Füzuli Məmmədyarov 1996-cı il təvəllüdlü Elnur Quliyevə bıçaqla xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən F.Məmmədyarov saxlanılıb.
Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırmalar davam etdirilir.
www.102info.az