“Bakı Metropoliteni”nin sabiq rəisi vəfat edib – FOTO

Cəmiyyət


Bakı Metropoliteninin əməkdaşı vəfat edib.

Oxu.Az xəbər verir ki, metropolitenin 5-ci rəisi olmuş, 50 ilə yaxın müddət ərzində əmək fəaliyyətini bu nəqliyyat növünə həsr etmiş Cəfər Yusifov dünyasını dəyişib.

Qeyd edək ki, Cəfər İsa oğlu Yusifov 1945-ci il oktyabrın 13-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini qızdırıcı sistemlər və ventilyasiya qurğuları mühəndisi ixtisası üzrə bitirib.

O, Bakı metropolitenində 1968-ci ildə tunel fəhləsi kimi işləməyə başlayıb və metropoliten rəisi vəzifəsinə qədər şərəfli əmək yolu keçib. Metropolitendəki əmək fəaliyyəti dövründə tunel ustası və distansiya rəisi, 1988-ci ildən isə Tunel qurğuları xidmətinin rəisi olub.

C.Yusifov 1993-cü ilin noyabrında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib, 1997-ci il iyulun 27-nə qədər bu vəzifəni icra edib. O, sonrakı illərdə əmək fəaliyyətini başa vurana qədər Bakı metropolitenində müxtəlif vəzifələrdə davam etdirib.

C.Yusifov 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Şöhrət” ordeninə layiq görülüb. Bakı metropolitenində göstərdiyi xidmətlərə görə “Fəxri dəmiryolçu” döş nişanı ilə təltif edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir