Bakının Xətai rayonu, Gəncə prospekti 97 ünvanında yaşayan sakinlər üzləşdikləri problemdən şikayətçidir.
Onların sözlərinə görə, gediş-gəliş üçün nəzərdə tutulan pilləkənlər artıq bir neçə ildir ki yararsız vəziyyətə düşüb.
Ərazi isə sürüşməyə meyillidir. Yağan yağışlar burada daha təhlükəli durum yaradıb, hərəkət çətinləşib.
Sakinlər dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem indiyədək həllini tapmayıb.
Daha ətraflı “ATV Xəbər”in süjetində:
www.102info.az