Bakının Xəzər rayonunda 52 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
“Report” xəbər verir ki, hadisə Zirə qəsəbəsində qeydə alınıb.
1971-ci il təvəllüdlü Natiq Mahmud oğlu Bünyadov Natiq Mahmud oğlu idarə etdiyi avtomobili yol kənarındakı maneəyə çırparaq aşırıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və onurğa sütununun sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az